Hər zaman doğru yolda!

“𝓑𝓡𝓡-𝓐𝓜𝓜𝓐𝓡” dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmir yol nəqliyyatının universal imkanları ilə izah olunur. Yük qatarları öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündədirlər, istənilən məsafələri tez qət edirlər və malı bütöv və salamat çatdırmağa imkan verirlər. “𝓑𝓡𝓡-𝓐𝓜𝓜𝓐𝓡” Avropa üzrə və onun hüdudları kənarına dəmir yolu yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “A” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.

 

HAQQIMIZDA

Bir çox dəmir yollarının etibarlı və güvənli əməkdaşı olmağı bacarmışıq:
– Rusiya dəmir yolları;
– Türkiyə dəmir yolu;
– Gürcüstan Dəmiryolları;
– İran dəmir yolları;
– Qazaxıstan dəmir yolları;
– Türkmənistan Dəmir Yolları.

Dəmir yol nəqliyatı ilə yüklərin daşıması:
 

Balkan daxil olmaqla Avropa ölkələri və uzaq Rusiya daxil olmaqla MDB ölkələri arasında

 

Balkan daxil olmaqla Avropa ölkələri və Qafqaz arasında

 

Balkan daxil olmaqla Avropa ölkələri və

 

Mərkəzi Asiya arasında

 

Avropa, MDB ölkələri və Çin arasında

 

Avropa, MDB ölkələri və Monqolustan arasında
 

Rail.jpg
 
 
 
 

XİDMƏTLƏRİMİZ

BZMVvjxkdh9CqtZ4NE4bqYJg5HgRt7efbTeFPupG

VAQON DAŞIMALARI

Beynəlxalq əməkdaşlıq sayəsində səmərəli qiymət siyasətini davam etdirərək yüksək xidmət səviyyəsini qoruyuruq. Dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazımi olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini həyata keçiririk. Ən uyğun daşınma marşrutları təşkil edilərək yüklərinizi təhlükəsiz şəkildə çatdırırıq.

KONTEYNER DAŞIMALARI

 

Dəmiryolu vasitəsilə konteyner daşıma xidmətini təklif edirik. Ən uyğun daşınma marşrutları təşkil edilərək yükləriniz  təhlükəsiz şəkildə çatdırılır. Sahib olduğumuz 15 000 m2 konteyner saxlama ərazisi gəmi agentlikləri və intermodal investorlar üçün bir göndəriş mərkəzi qurmağa imkan yaradır.

rU0V4Uj6AW9UbYkrxjCMBsxGMuYXgVp47aVnkRZn

BROKER XİDMƏTLƏRİ

Yükün ixrac və idxal rejimində rəsmiləşdirilməsi, yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması üçün bütün sənədləşmə proseslerinin aparılması mərkəzdə həyata keçirilir. Bütün gömrük rəsmiləşdirilmələrinin həyata keçirilməsini bizə həvalə edə bilərsiniz.

wKHq41BCveJZb46nz7jZjpVOnJeRubODjAaemx8J

TERMİNAL XİDMƏTLƏRİ

Tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kv.metr qapalı anbar sahəsi və böyük həcmli yüklər üçün nəzərdə tutulmuş açıq yük platforması ilə xidmətinizdəyik.
Terminalda yüklərin yüklənib-boşaldılması ən müasir texnikalarla həyata keçirilir. Yaradılmış vahid pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Mütəxəssislər tərəfindən yüklərinizin səciyyəvi xüsusiyyətləri təhlil edilir və gömrük rəsmiləşdirilməsinə qədər təhlükəsiz şəkildə saxlanması təmin edilir.

qEiZ1G7GDqZFQB9ZtnK3FkZWlxC4Xsm8gyfuCgxJ

GÖMRÜK XİDMƏTLƏRİ

Gömrük əməkdaşları bəyannamələrin qəbulu, rəsmiləşdirilməsi, gömrük baxışı prosedurlarını yerində həyata keçirirlər.
Əlavə xərclər və vaxt itkisi olmadan bütün əməliyyatlar bir nöqtədən idarə edilir.

9zX3h1LGGWwOCEA4Bdqgk88VZ7uZB7gAkSkxIyq3

NƏQLİYYAT XİDMƏTLƏRİ

Günümüzdə qapıdan-qapıya daşımanın əhəmiyyəti getdikcə artmaqdadır. Yükünüzün istənilən ünvana çatdırılması üçün qapıdan-qapıya xidmətini təklif edirik. Hər bir istəyinizi nəzərə alaraq yükünüz qeyd edilən ünvana daha tez və güvənli şəkildə çatdırılır.

PARTNYORLARIMIZ

Bir çox dəmir yollarının etibarlı və güvənli əməkdaşı olmağı bacarmışıq:
– Rusiya dəmir yolları;
– Türkiyə dəmir yolu;
– Gürcüstan Dəmiryolları;
– İran dəmir yolları;
– Qazaxıstan dəmir yolları;
– Türkmənistan Dəmir Yolları.

To play, press and hold the enter key. To stop, release the enter key.

press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom

DAŞINMA COĞRAFİYASI

 
WhatsApp Image 2021-02-25 at 16.03.59.jp
         BİZİMLƏ ƏLAQƏ

Bizimlə əlaqə saxladığınız üçün təşəkkür edirik.

+994505007002